Xəbərlər
07.07.2022 - 14:41
ƏGƏR İNSAN DOĞRU-DÜZGÜN BİR YOLDADIRSA... - PROFESSOR HABİL QURBANOV BARƏDƏ BİR NECƏ KƏLMƏ SÖZ

Xalqa əfəndilik etmək yoxdur, xalqa xidmət etmək vardır. Kim xalqa xidmət edə bilərsə, o da xalqa əfəndilik edə bilər. Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov uzun müddətdir ki, bu sahəyə rəhbərlik edir. Təbii ki, bu dövrü təhlil etsək, araşdırma aparsaq ki, onun rəhbərlik dövrünü necə qiymətləndirək, düşünürəm ki, bu sualın cavabı barədə baş sındırmaga dəyməz. Sadəcə, necə deyərlər, görünən dağa nə bələdçi?!

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Liderlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən xalqının istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə, xalqına səmimi olmalısan…

QISA TANIŞLIQ
Habil Qurbanov 1984-1986 illərdə Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi, 1986-1990 illərdə məktəbin rəis müavini vəzifələrində çalışmışdır. O, 1990-cı ildə prokurorluq orqanlarına işə qəbul edilmiş, Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsində prokuror, böyük prokuror vəzifələrində çalışmışdır. 1994-1995 illərdə Qaradağ rayon prokurorunun müavini, prokuror əvəzi, 1995-1997 illərdə Dəvəçi (Şabran) rayon prokuroru, 1997-2001-ci illərdə respublika prokurorluğunda cəza yerlərində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.
1988-ci ildə Moskvada SSRİ DİN-nin Akademiyasının dissertantı kimi, "Cinayət hüququ" sahəsində dissertasiya işini müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə Moskvada Rusiya Federasiyası Baş Prokurorluğunun İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib, RF-nın hüquq elmləri doktoru diplomunu almışdır. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona hüquq elmləri doktoru, 2010-cu ildə isə professor elmi adı diplomlarını vermişdir.

Alim 230 elmi məqalənin, 12 monoqrafiyanın, 5 dərs vəsaitinin müəllifidir. Onlardan 3 monoqrafiya və 55 elmi məqalə xarici ölkələrdə dərc olunmuşdur.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun "Elmi əsərlər" beynəlxalq elmi-nəzəri, DİN Polis Akademiyasının elmi-nəzəri, "Qanun" elmi-hüquq jurnallarının, həmçinin Rusiya Federasiyasının Ədliyyə Naziyliyi nəzdindəki Hüquqi İnformasiyalar Elmi Mərkəzinin «Правовая информатика», Moskva şəhərinin "ЮНИТИ-ДАНА" nəşriyyatının "Государственная служба и кадры", "Закон и право", "Образование. Наука. Научные кадры", "Мониторинг правоприменения" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir. Moskva şəhərində akademik İ.N.Bloxin adına Beynəlxalq Elmi-Təcrübə Birliyinin nəzdində yaradılmış Dissertasiya Şurasının üzvüdür. 2017-ci ildən Rusiya Professorlar Cəmiyyətinin üzvüdür. 2018-ci ildə "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə hüquqi sosial normalar sistemində baxış, hüquqi münaqişələr, multikulturalizmin konstitusiya əsasları, qanunvericilik aktlarının iqtisadi təhlükəsizlik məsələləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, müstəqil Azərbaycanın dövlət idarəçilik sisteminin banisi Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və ölkədə hüquq elminin inkişafında göstərdiyi xidmətlərinə görə nəşr olunan "Cəmiyyət və sosio-hüquqi problemlər" adlı monoqrafiyası "Ən yaxşı tədqiqat əsəri Qızıl medalı" ilə təltif olunmuşdur.


Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər yetirmək kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Professor Habil Qurbanov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən məmudur ki, o, hər bir işciyə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Habil müəllimi tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problelmi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Azərbaycan Milli Elmlər Akademiyasında hər kəsə bəllidir ki, professor Habil Qurbanov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblərdən olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, professor Habil Qurbanov elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, professor Habil Qurbanov yüksək savada və dünyagörüşə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması professor Habil Qurbanova məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir, ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi bacarır.
...

...
Allah mənə buyurdu ki, mən ədəbaz deyil, təvazökar olum və heç kəs gərək başqasını incitməsin.Məhəmməd Peyğəmbər (ə.s.)

Xaqani Şirvaninin bir deyimi var:- “Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik”…


Yaxşılıq içdən gəlir, onu təcrübəylə qazanmaq olmur. Dünya yaranandan çox insanlar gəlib-gedib, amma nə pislik tükənib, nə də yaxşılıq. Onun da taleyinə yaxşılıq düşüb. Bəlkə də bu xislət ona ana yurdun təmiz havasından, ya da ki, dağ çeşmələrindən içdiyi saf sulardan keçib, bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, o, yaxşı əməllər üçün doğulub…

Bilmirəm nədənsə, həmişə müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis adamlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.

Bu müdrik kəlamları elə-belə, sözgəlişi xatırlatmadım. Yazımın konkret ünvanı var. Elə bil o, insanlara daim yaxşılıq etmək ücün gəlib bu dunyaya. Onun amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Bu, sözü, fikri, əməli xeyirlə yoğrulmuş, işığı və zəkası ilə digərlərini işıqlandıran, özü şəxsiyyət zirvəsinə ucalan professor Habil Qurbanovdur. Ömrünü insanların rifahı kimi müqəddəs bir işə həsr edən, sözü ilə əməli həmahəng olan professor Habil Qurbanov Vətənə ləyaqət nümunəsi sayılacaq məmur- ziyalılarımızdandır.


Bu gün cox mınlik kollektivdə adını hamının hörmətlə çəkdiyi professor Habil Qurbanovun seçdiyi yolun məramı yalnız Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir. Ömrünü saf və mənalı bir işə həsr edən, ictimai mühitdə adı hörmətlə çəkilən, böyük bir həmkarlar təşkilatının sədri kimi peşəkarlığı və qayğıkeşliyi ilə seçilən Habil müəllim yenilikçi, daim xalqın yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir rəhbərdir.

Professor Habil Qurbanovun daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir. Hər iki xüsusiyyət professor Habil Qurbanovda var. Heç nəyə biganə deyil. Bəzi vəzifə sahibləri var ki, qapısına gələn zavallı insanlara simsar olub köməklik göstərməkdənsə biganəlik göstərir... insani dəyərləri unudur. Belələrini görəndə istər-istəməz Habil müəllimlə görüşlərimi, ona müraciət edənlər və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalmayan Habil Qurbanovun xeyirxah əməllərini, mərhəmətini hər kəs bilir.

Yazının sonunda Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanova redaksiyamızın adından yeni-yeni ugur arzulayırıq.

Allah təaladan istəyimiz odur ki, yüksək təşkilatcılıq qabiliyyəti ilə secilən, gözəl insan, əsl Vətən daşı olan Habil Qurbanov kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli insanlara ehtiyacı var. Allah sizi qorusun Habil müəllim. Amin!


24saatxeber.com