Xəbərlər
14.07.2022 - 12:34
AMEA NƏZDİNDƏ RESPUBLİKA SEYSMOLOJİ XİDMƏT MƏRKƏZİNİN

İslam dünyasının müqəddəs bayramlarından biri – Qurban bayramı ilə əlaqədar olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə, 10 və 11 iyul 2022-ci tarixlərində mərkəzin 29 əməkdaşı üçün Oğuz və Zaqatala rayonlarına gəzinti təşkil edilmişdir. Səfər zamanı mərkəzin əməkdaşları üçün  turlar təşkil olunub. Tur çərçivəsində əməkdaşlar Talaçay Kompleksində gecələməklə Oğuz rayonu ərazisində yerləşən Xal-xal şəlaləsi ərazisinə, Zaqatala rayonunda Heydər parkına, Car kəndinə, Talaçay çayı ətrafında bir sıra  görməli yerlərə ekskursiyalar təşkil olunmuşdur. İstirahətdən hər kəs məmnun qalmışdır.