Xəbərlər
20.09.2022 - 13:45
15 SENTYABR BİLİK GÜNÜ MÜNASİBƏTİLƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

Sentyabrın 15-də yeni dərs ilinin başlaması münasibəti ilə Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı Vətən Müharıbəsi Qəhrəmanı, şəhid Surxay Əbdül oğlu Noçuyevin ailəsinə baş çəkib və şəhidin 1-ci sinifə qədəm qoyan övladı Uğuru hədiyyələrlə təbrik edərək, müvəffəqiyyətlər arzulayıb. Surxay Noçuyevin atası Əbdül Noçyev göstərilən diqqətə görə öz minnətdarlığını bildirib və oğlunun döyüş yolundan söhbət açılıb. Görüş zamanı son günlərdə vətən yolunda canından keçən şəhidlər anılıb. 

Görüşdə iştirak edən Həmkarlar Təşkilatının sədri Asya Əhmədova və aparıcı elmi işçi, f.ü.f.d. Hüseyin İbrahimov torpaqlarımızın işğaldan azad edilməsində müstəsna xidməti olan qəhrəman şəhidin valideyinlərinə minnətdarlıqlarını bildiriblər.  

Bundan başqa Geologiya və Geofizika İnstitutunun Həmkarlar Təşkilatı aztəminatlı ailələrin uşaqları üçün məktəb ləvazimatları alıb paylayıblar.