Xəbərlər
13.05.2016 - 16:00
AMEA Gənc Alim və Mütəxəssislərinin III Futbol Çempionatı başa çatdı.

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş AMEA Gənc Alim və Mütəxəssislərinin III Futbol Çempionatı başa çatıb. Finalda Fizika İnstitutunun komandası Geologiya və Geofizika İnstitutunun komandası ilə qarşılaşıb. İnstitutun komandası rəqib üzərində 5:3 hesabı ilə qələbə qazanaraq çempionatın qalibi olub. 
Çempionatın bağlanış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək qalibləri təbrik edib. Bildirib ki, Fizika İnstitutu elmdə böyük nailiyyətlər əldə edir, beynəlxalq əlaqələrini genişləndirir. Fizika İnstitutunun komandasının qalib olması bu elmi müəssisənin elmdə olduğu ki, idman sahəsində də öndə olduğunun göstəricisidir. A.Əlizadə onu da qeyd edib ki, oyunlar demokratik və, yüksək səviyyədə təşkil olunub, hakimlər də yarışları ədalətli idarə edirdilər. 
Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri,fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova da komandanı təbrik edib, komanda üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.