Xəbərlər
01.06.2016 - 14:00
FİZİKA İNSTİTUTU ŞAMAXIDA

Mayın 28-30-da Fizika İnsitutunun AMEA Gənc Alim və Mütəxəssislərinin III Futbol Çempionatında qalib olmuş komanda üzvləri və əməkdaşlar Şamaxı (Pirqulu) şəhərində turist səfərində olublar. Səfər müddətində qonaqlar Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasına (ŞAR) səfər ediblər. Rəsədxananın baş mütəxəssisi Müşfiq Hüseynov ŞAR-ın tarixi, burada görülən işlər və teleskoplar haqqında qonaqlara məlumat verib.