Xəbərlər
09.06.2016 - 11:00
Fizika İnstitutunda 19 sentyabr-7 oktyabrda Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək I Spartakiadanın yekunlarına həsr olunmuş iclas keçirilib

Bu gün Fizika İnstitutunda 19 sentyabr-7 oktyabrda Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək I Spartakiadanın yekunlarına həsr olunmuş iclas keçirilib. İclası giriş sözü ilə Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, Fizika İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri, I Spartakiada Təşkilat Komitəsinin həmsədri Sitarə Bağırova açıb. O bildirib ki, I Spartakiadaya hazırlıqla bağlı təşkilati işlər yekunlaşıb, iştirak edəcək institut və təşkilatlar müəyyənləşib. Spartakiadada ümumilikdə 15 təşkilatdan olan əməkdaş iştirak edəcək. Qeyd olunub ki, iştirak edəcək hər bir institut iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin və işçi olması haqqında vəsqənin surətini Təşkilat Komitəsinə təqdim etməlidirlər. Yarışlar 4 növ üzrə (şahmat, dama, stolüstü və futbol) aparılacaq. Şahmat, dama və stolüstü tennis yarışlarında komandalar qız və oğlanlardan ibarət olacaq. İclasda o da qeyd olunub ki, hər bir İnstitut təmsilçisi olan iştirakçıya üzərində həmin İnstitutun loqo və iştirakçının ad, soyadı göstərilmiş bəciklər hazırlamalıdır. Şahmat, dama və stolüstü tennis üzrə yarışan iştirakçılara həmçinin, I Spartakiadanın loqosu əks olunmuş xüsusi köynəklər veriləcək. Bu növ üzrə hər komanda da iki iştirakçı olacaq. 
Futbol yarışları isə iki qrup üzrə oynanılacaq (A və B). Qaliblər ümumilikdə 21, futbol komandasının üzvləri də daxil olmaqla 48 medalla təltif olunacaqlar.
Bütün növlər üzrə komandalara xüsusi hədiyyələr təqdim olunacaq.

I Spartakiadada institutları təmsil edəcək iştirakçılar üçün tələb olunan aşağıdakı sənədləri

İş yerindən arayışı
Şəxsiyyət vəsiqəsinin surəti
İşçi olmaları haqqında vəsiqənin surətini

meryemrafaelqizi@gmail.com elektron poçt ünvanına göndərsinlər.