Xəbərlər
09.09.2016 - 16:00
09 sentyabrda Fizika İnstitutunda Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları arasında keçiriləcək I Spartakiadanın yekun iclası və futbol yarışı üzrə püşkatma mərasimi keçirilib

09 sentyabrda Fizika İnstitutunda Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları arasında keçiriləcək I Spartakiadanın yekun iclası və futbol yarışı üzrə püşkatma mərasimi keçirilib. İclasda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov və sədr müavini Famil Seyfullayev iştirak edib. Tədbiri giriş sözü ilə Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, Fizika İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri, I Spartakiada Təşkilat Komitəsinin həmsədri Sitarə Bağırova açıb. S. Bağırova ilk olaraq qarşıdan gələn Qurban bayramı münasibəti ilə iclas iştirakçılarını təbrik edib. O bildirib ki, uzun müddətdir ki, I Spartakiadaya hazırlıqlar gedir. AMEA-nın 12 institutunun Həmkarlar Təşkilatının dəstəyi ilə keçirilən yarışlara hazırlıqla bağlı bütün təşkilati işlər yekunlaşıb. Qeyd edib ki, hakimlərlə artıq danışıqlar aparılıb, yarışlar ədalətli idarə olunacaq, güclü olan qalib gəlsin.

Daha sonra futbol yarışlarının oyun qaydaları ilə iştirakçıları tanış etmək üçün söz milli dərəcəli hakim Rahin Heybətova verilib. O, bildirib ki, I Spartakiada AMEA-da keçirildiyi üçün ilk öncə nizam-intizama yüksək səviyyədə riayət etmək lazımdır. Vurğulayıb ki, oyunlar 5 dəqiqə fasilə olmaqla 25 dəqiqə davam edəcək. Komanda 6 nəfərdən ibarət olmalıdır. Lakin, Start heyət 4 oyunçudan (1 nəfər qapıçı olmaqla) ibarət ola bilər. Əgər komanda 4 nəfərdən az oyunçu ilə meydançaya daxil olarsa, həmin komanda məğlub hesab olunur. R.Heybətov onu da qeyd edib ki, qrup oyunlarında əlavə vaxt təyin olunmur. Futbol yarışlarında komandalar iki qrupda (A və B) mübarizə aparacaqlar. Sonda püşkatma mərasimi keçirilib keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Fizika İnstitutu, İqtisadiyyat İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Tarix İnstitutu, İdarəetmə Sistemləri İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutu A qrupunda, Geologiya və Geofizika İnstitutu, Neft Kimya Prosesləri İnstitutu, Radiasiya Problemləri İnsititutu, Şərqşünaslıq İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi , Memarlıq və İncəsənət İnstitutu isə B qrupunda yer alıb. Qeyd olunub ki, futbol üzrə oyunlar sentyabrın 19-da start götürəcək, A və B qrupunda olan komandalrın hər biri 5 oyun oynayacaq. Qrupda I və II yeri tutan komandalar arasında püşkatma olacaq, onun əsasında rəqiblər müəyyənləşəcək. Oktyabrın 5-də yarımfinal, 7-də isə final oyunları keçiriləcək.