Xəbərlər
05.10.2016 - 17:00
Bu gün I Spartakiadanın futbol yarışlarının yarımfinal oyunları keçirilib.

İlk olaraq Fizika və Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ)komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalib əlavə olunan 10 dəqiqə (55) müddətində də müyyənləşməyib. Belə ki, əlavə vaxt 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri təyin olunub. Penalti zərbələrini Fizika İnstitutunun komandası dəqiq yerinə yetirib və oyun 6:5 hesabı ilə Fizika İnstitutunun qələbəsi ilə başa çatıb.Ümumi hesab isə 9:8 olub və Fizika İnstitutunun komandası finala vəsiqə qazanıb. 
Növbəti oyun Geologiya və Geofizika İnstitutunun komandası ilə Genetik Ehtiyatlar İnstitutunun komandası qarşılaşıb. Oyun 7:0 hesabı ilə Geologiya və Geofizika İnstitutunun qələbəsi ilə başa çatıb. Finalda Geologiya və Geofizika və Fizika İnstitutunun komandaları qarşılaşacaqlar. 
Oktyabrın 7-si saat 11:30-da ilk olaraq Genetik Ehtiyatlar İnstitutunun komandası ilə NKPİ-nin komandası III yer uğrunda mübarizə aparacaq. Geologiya və Geofizika və Fizika İnstitutunun komandaları arasında baş tutacaq final oyunları saat 12:30-da başlayacaq.