Süleymanov Teymur Yəhya oğlu

Teymur Yəhya oğlu Süleymanov 14 sentyabr 1964 ildə Bakı şəhərində anadan olmuşdur. 1981 ildə Bakı şəhəri 169 saylı orta məktəbi bitirmişdir. 1982 ildə D.İ. Mendeleyev adına Tobolsk Dövlət Pedaqojı İnstitutunun biologiya-kimya fakultəsinə daxil olub. 1-ci kursu bitirəndən sonra, 1983 ildə, müddətli həqiqi hərbi xidmətə çağırılıb (Hərbi Dəniz Qüvvələri, Sakit Okean Donamması) və 1986 ildə hərbi xidmətdən ehtiyata buraxılıb. 1986-1988 ilə qədər təhsilini əyani, 1988-1990-cı ilə kimi qiyabi yolla davam edib.

1988-ci ildə AMEA Geologiya institutunun Dəmir Haciyev rəhbərlik etdiyi “Təkəmüllü paleontologiya” laboratoriyasına laborant vəzifəsinə işə qəbul olunub.

 2005 –ci ildən  2017-ci ilə qədər Geologiya institutunun H. Zərdabi adına Təbiət Tarixi Muzeyində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. Geologiya və Geofizika institutunun Həmkarlar təşkilatının təftiş komissiyasının üzvü seçilmişdir. 14 xaricdə və Azərbaycanda dərc olunan elmi məqalələrin müəllifidir. Onurğalıların paleontoloji, arxeozoolojı və ekolojı tədqiqatları, qazıntı halında tapılan və müasir onurğalıların morfologiyası və osteologiyası, təkəmul və əhliləşdirmə prosesində onurğalılarda əmələ gələn deyişiklər, Azərbaycanda introduksiya olunmuş məməlilərdə baş verən deyişiklər, Azərbaycanda köçəri və daimi yaşayan məməlilərin və quşların monitorinqi, Binəqədidə, Mingəçevirdə, Qobustanda və Cəlilabadda tapılan paleontolojı və arxeozoolojı materialların və bitkilərin təyinatı və təsnifatı ilə məşquldur. Dördüncü dövr Binəqədi fauna və flora abidəsində 2012 –ci ildən ekspedisiya iştirakçısı. 2015-2017 Gəncə, Mingəçevir ekspedisiya iştirakçısı olmuşdur.