Muxtarova Şəkər Cəlal qızı

Muxtarova Şəkər Cəlal qızı 1956-cı ilin avqustun 21 -də Azərbaycan SSR-i Qax rayonu İlisu kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1973-cü ildə Qax şəhəri 1№-li orta məktəbi bitirmişdir. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin “Biologiya” fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı bitirmiş və bioloq ixtisası almışdır.

Universiteti bitirdikdən sonra Azərbaycan EA Nəbatat İnstitutunun “İbtidai bitkilər” şöbəsinə, 1980-cı ildə mart ayında baş laborant vəzifəsinə işə girmiş və indiyəcən burada işləyir.

1982-1983-cü illərdə SSRİ EA Botanika İnstitutunda (Leninqrad şəh.) tədqiqatçı-stajor kimi çalışmışdır.

1982-1986-cı illərdə Azərbaycan EA Botanika İnstitutunda baş laborant vəzifəsində, 1986-1990-cı illərdə kiçik elmi işçi, 1990-1997-ci illərdə elmi işçi, 1997-ci ildə böyük elmi işçi vəzifəsinin icraçısı 2001 -ci ildən aparıcı elmi işçi

vəzifəsinin icracısı, 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində, hal-hazırda isə “Sistematika və biomüxtəliflik” şöbəsinin “Alqologiya və lixenobriologiya” laboratoriyasının müdiri vəzifəsində çalışır. 2017-ci ilin oktyabr ayından İnstitutun Həmkarlar Təşkilatının sədri vəzifəsinə seçilmişdir.

1984-1988-ci illərdə Nəbatat İnstitutunun aspirantı olmuşdur. 1989-cu il oktyabr ayında «Azərbaycanın Şəki-Zaqatala zonasının şirin su hövzələrinin alqoflorası» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (diplom VL №023495) 51 elmi əsərdən 34 məqalədir, 17 tezisdir, onlardan 32 xarici mətbuatda çap edilmişdir.