Məmmədova Aynurə Fəxrəddin qızı

Məmmədova Aunurə Fəxrəddin qızı 30 dekabr 1979-cu ildə Füzuli rayonunda anadan olmuşdur. 1985-ci ildə Füzuli rayonunun 3 saylı məktəbinə qəbul olmuşdur. 1992-ci ildə məlum səbəblərə görə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər.  1996-cı ildə Sumqayıt şəhər 23 saylı məktəbin 11-ci sinfini bitirmişdir. 1999-cu ildə Sumqayıt şəhərində Azərbaycan Sənaye İnstitutunun “Yüksək molekullu birləşmələrin texnologiyası” fakültəsinə daxil olmuş və 2002-ci ildə Sumqayıt Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib bakalavr dərəcəsini almışdır. Həmin ildə, təhsilini davam etdirmək məqsədilə, magistraturaya qəbul olmuş, 2004-cü ildə Sumqayıt Dövlət Universitetini “Polimerlər, qətranlar və oliqo­merlərin texnologiyası” ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsini almışdır. 2003-cü ilin dekabr ayında AMEA-nın Polimer Materialları İnstitutunun 5 saylı laboratoriyasına böyük laborant vəzifəsinə işə qəbul edil­mişdir. 2005-ci ildə AMEA-nın aspiranturasının qiyabi şöbəsinə “Üzvi kimya” ixtisası üzrə qəbul olunmuş və 2009-cu ildə isə aspiranturanı bitirmişdir. 2006-cı ildə kiçik elmi işçi, 2014-cü ildən isə elmi işçi vəzifəsinə keçirilmişdir. 2017-ci ildə “Allil-, propargil sırası qlisidil efirlərinin sintezi və xassələri” mövzusunda dissertasiya işini müdafiə etmiş, 2018-ci ildə kimya üzrə fəlsəfə doktoru diplomunu almışdır. 2017-ci ildən AMEA PMİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədridir.

60 elmi əsərin, 2 təsdiqin almış patentin və 2 aktın həmmüəllifidir.