MAHMUD AYNUR VAQİF QIZI
1977-ci il dekabrın 22-də anadan olmuşdur. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2004-cü ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına (indiki doktoranturasına) Azərbaycan ədəbiyyatı ixtisası üzrə qəbul olunmuşdur. 2014-cü ildə “Füzuli ədəbi məktəbinin təşəkkülü və erkən mərhələləri” mövzusunda dissertasiyanı müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2023-cü ildən AMEA Rəyasət heyəti Aparatının Həmkarlar Təşkilatının sədridir.