Sadıqov Hamlet Bəykişi oğlu

Sadıqov Hamlet Bəykişi oğlu 09.12.1962-ci ildə Ermənistan SSR-nin Yexeqnadzor rayonu (Dərələyəz mahalı) Qabaqlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1970-ci ildə orta məktəbə daxil olmuş və 1980-ci ildə tam orta təsili əla qiymətlərlə bitirmişdir. 1981-1983- cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1983-cü ildə Gəncə (Kirovabad) şəhərində Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsinə daxil olmuş və həmin institutu 1988-ci ildə “Qırmızı” diplomla bitirmişdir. 1988-ci ildə Genetika və Seleksiya İnstitutununda “Genetika” ixtisası üzrə  əyani aspiranturaya daxil olmuşam. 1989-cu ildə “Azərbaycanın  bərk buğdalarının kolleksiya nümunələrində qliadin və qlütenin ehtiyat zülallarının polimorfizmi və seleksiyada istifadəsi”  mövzusunda dissertasiya işimi tamamlamaq üçün Ukrayna SSR-nin Odessa şəhərində Ümumittifaq Genetika-Seleksiya İnstitutuna uzun müddətli ezamiyyətə göndərildim. 1993-cü ilin sonunda dissertasiya işimi tamamlayaraq Genetika və Seleksiya İnstitutuna qayıtdım.  1994-cü ilin iyun ayında elmi işimi müdafiə edərək biologiya elimləri namizədi alimlik dərəcəsini almışam. İnstitutun “Dənli taxıl və paxlalı bitkilərin genetikası və seleksiyası” şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişəm. 2002-ci ildən Genetika və Seleksiya İnstitutunda  “Texnologiya” laboratoriyasının müdiri vəzifəsində çalışmışam. Hal-hazırda AMEA Genetik Ehtiyatlar İnstitutunun “Texnologiya” şöbəsində müdir vəzifəsində işləyirəm .

Genetika və Seleksiya İnstitutunda 1963-1967-ci illərdə Quliyev Əfsər Əsgər oğlu, 1967-1989-cu illərdə Qasımov Qədir Qasım oğlu, 1989-1997-ci illərdə Şıxlınski Hacı Məmmədtağı oğlu və 1997-2004-cü illərdə Məmmədov Məmmədhüseyn İlyas oğlu Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışmışdılar. Genetika və Seleksiya İnstitutunun hüquqi bazasında yaradılan AMEA Genetik Ehtiyatlar İnstitutunun 2004-cü ildə Azad Həmkarlar İttifaqının ümumi yığıncağında mən Sadıqov Hamlet Bəykişi oğlu Həmkarlar Təşkilatının sədri vəzifəsinə seçildim və bu günə qədərdə sədr vəzifəsində çalışıram. Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri A.M.Mirabdullayev tərəfində 10 dekabr 2012-ci ildə İnstitutun Həmkarlar təşkilatındakı xidmətlərimə görə və  50 illik yubileyim münasibətilə fəxri fərmanla təltif olunmuşam. 2012-ci ildə Azərbaycanda Həmkarlar Konfederasiyanın yaranmasının 20 illiyi ilə əlaqədar medalla da təltif edilmişəm.

2004-2015-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar Təşkilatının sədri olduğum müddətdə büronun qərarı ilə  institutun əməkdaşlarına maddi yardım verilmişdir. 

GEİ-nin gənc alim və mütəxəssislərinin 1-ci futbol çempionatının keçirilməsi ilə əlaqədar olaraq 11 nəfər heyət ilə fudbol oyununa qoşulmuşdur. Bu oyunda iştirak edən əməkdaşlara müvafiq qaydada, idman ləvazımatlarının alınması təmin edilmişdir.

2014-cü ildə Həmkarlar Təşkilatı institut daxili bir çox tədbirlər keçirmişdir. İnstitutda çalışan əməkdaşların istəkləri nəzərə alınaraq hər ilin dekabrında  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl şənlikləri keçirilmişdir. Bununla yanaşı, Azərbaycanın qan yaddaşı olan 20 Yanvar, Xocalı Faciəsi, 31 Mart Soyqırım günlərinin anılması mərasimlərini təşkil etmişdir. Xocalı faciəsinin dünya ictimayətinə çatdırılması sayəsində xeyli işlər görülmüş və faciə ilə bağlı həqiqətlər internet səhifələrində yerləşdirilmişdir. Həyata keçirilən tədbirlərlə yanaşı, 28 May Respublika Günü və Novruz bayramı kimi milli bayramların keçirilməsində Həmkarlar Təşkilatının rolu çox böyük olmuşdur. Həmçinin, institutun əməkdaşlarının saglamlığının və istirahətinin təmin edilməsi üçün kurort (Mərdəkan, Qax, Quba, Bilgəh, Nabran və Naftalan) və müalicə mərkəzlərinə  göndərişlər verilmişdir. Bütün bu tədbirlər hər il mütamadi olaraq həyata keçirilir.