Xəbərlər
01.05.2023 - 15:14
“HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MİLLİ QANUNVERİCİLIİYİN VƏ HÜQUQİ DÖVLƏTİN YARADICISIDIR” ADLI KİTAB ÇAPDAN ÇIXIB

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun “Heydər Əliyev Azərbaycanda milli qanunvericiliyin və hüquqi dövlətin yaradıcısıdır” adlı kitabı işıq üzü görüb.

“Heydər Əliyev İli”nə ithaf edilən kitabda müstəqil Azərbaycanda Ulu Öndərin formalaşdırdığı hüquqi dövlətin milli qanunvericiliyində prosedur, nizamlanma və tənzimlənmə kontekstində dövlət, cəmiyyət və sosiosiyasi problemərə dair elmi-nəzəri hüquqi baxış işıqlandırılır.

Kitabda müəllifin apardığı araşdırmalara əsasən, son illər ərzində beynəlxalq və respublika konfranslarında etdiyi məruzələr, həmçinin ölkədə KİV və elmi jurnallarda nəşr edilmiş məqalələri də təkmilləşdirilərək işıqlandırılıb.

Kitab geniş oxucu kütləsi, bakalavr, magistr, doktorant, elmi tədqiqatçılar, QHT və digərləri üçün hüquq sahəsində maarifləndiricilik mətnində nəzərdə tutulub.