Nuhbaba Hacıbaıa oğlu Şıxıyev

1946-cı ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunda “Kimya” ixtisası üzrə təhsil alıb. 1992-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi alıb. 2000-ci ildə "Tərəqqi medalı" ilə təltif olunub. 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar mühəndis"i adına layiq görülüb. 1991-1995-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Həmkarlar İttifaqı komitəsinin sədri vəzifəsində çalışıb. 1995-2014-cü illərdə ADNA-nın prorektoru vəzivəsidə çalışıb. 2015-2016-cı illərdə dosent adına layiq görülüb. "Vinilxloridin alınması" və "Buğda artımının stimulyatoru" adlı ixtira və patentlərin müəllifıdir. SSRİ idman ustasıdır. Dəfələrlə keçmiş SSRİ və Respublika miqyasında turnilərin qalibi olmuşdur. 2016-cı ildən AMEA-nın Neft və Qaz institutunun Mülki Müdafiə qərargah rəisi vəzifəsində çalışır və Həmkarlar İttifaqı Komitəsinin sədridir.

Ailəlidir, üç övladı var.