BEYNƏLXALQ ƏLAQƏLƏR

 

UKRAYNA VƏ AZƏRBAYCAN ELMLƏR AKADEMİYALARININ HƏMKARLAR   İTTIFAQLARI ƏMƏKDAŞLIQ EDƏCƏK

 

Kiyev şəhərində Ukrayna Elmlər Akademiyasının (UEA) Həmkarlar İttifaqı ilə AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi UEA Həmkarlar İttifaqının sədri, fəlsəfə elmləri namizədi Anatoli Şirokov və AMEA AHİ-nin sədri, professor Habil Qurbanov imzalayıblar. İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

 

 

 

AHİ İLƏ RUSİYA ELMLƏR AKADEMiYASININ HƏMKARLAR İTTİFAQI ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSi iMZALANIB


Fevralın 2-də Moskva şəhərində Rusiya Elmlər Akademiyasının (REA) Həmkarlar İttifaqı ilə AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi REA Həmkarlar İttifaqının sədri, professor Viktor Kalinuşkin və AHİ-nin sədri, professor Habil Qurbanov imzalayıblar. İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub. İmzalama mərasimində REA Həmkarlar İttifaqının sədr müavini Tatyana Roslyakova, Moskva Regional Təşkilatının sədri, professor Vladimir Yurkin və digər rəsmi şəxslər də iştirak ediblər.

 

 

 

 

AMEA AZAD HƏMKARLAR İTTİFAQI İLƏ MEMUR - SEN KONFEDERASYONU EĞİTİM-BİR-SEN EĞİTİMCİLER BİRLİĞİ SENDİKASI ARASINDA QARŞILIQLI ƏMƏKDAŞLIQ HAQQINDA MÜQAVİLƏ İMZALANMIŞDIR

 

Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov ilə Memur - Sen Konfederasyonu Eğitim-Bir-Sen Eğitimciler Birliği Sendikası (Həmkarlar İttifaqı) arasında qarşılıqlı maraq kəsb edən informasiya mübadiləsi, həmkarlar ittifaqı konfranslarının işində iştirak etmək, həmkarlar ittifaqının aktual problemləri ilə bağlı birgə seminarlar keçirmək, həmkarlar ittifaqı quruculuğunda, təkmilləşdirilməsində iş təcrübəsi mübadiləsi, sahə həmkarlar təşkilatlarının və tədris mərkəzlərinin əməkdaşlığını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında 5 illik müqavilə bağlanmışdır.
İmzalanma mərasimində Memur - Sen Konfederasyonu Eğitim-Bir-Sen Eğitimciler Birliği Sendikasının (Həmkarlar İttifaqı) bir sıra rəsmi şəxsləri də iştirak etmişlər.

 

 

 

 

 

 

 

ÖZBƏKİSTANVƏ AZƏRBAYCAN ELMLƏR AKADEMİYALARININ HƏMKARLAR   

İTTIFAQLARI ƏMƏKDAŞLIQ EDƏCƏK

01 iyul 2022-ci ildə Bakı şəhərində “Park İNN” otelində Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlanmışdır.

Müqaviləni Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Rovşan Badirov ilə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor  Habil Qurbanov imzalamışdır.

İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

İmzalanma mərasimində Özbəkistan Elmlər Akademiyası Birgə Həmkarlar İttifaqının sədri Şerzod Juraevdə iştirak etmişdir.