Aslanov Rasim Bəxtiyar oğlu

Aslanov Rasim Bəxtiyar oğlu 1952 ci ildə Gədəbəy rayonunun Fərzalı kəndində anadan olmuşdur. 1960-cı ildə Gədəbəy rayonunun İsalı kənd orta məktəbinin birinci sinifinə getmişdir. 1969-cu ildə Sumqayıt şəhəri 13 saylı orta məktəbi bitirmişdir. 1969-cu ildə BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1979-cu ildə BDU-nun “Fizika” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1972-ci ildə müqavilə hesabı ilə BDU-da başlamışdır. Hərbi xidmətdən sonra 1974-cü ildən AMEA Fizika İnstitutunda laborant, baş laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2017-ci ilin fevral ayından AMEA Biofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. 1980-1985-ci illərdə Rusiya EA Kimyəvi Fizika İnstitutunda təcrübə keçmişdir. Namizədlik dissertasiya işlərini də burada tamamlamış və 1988-ci ildə elmlər namizədi adı almaq üçün namizədlik dissertasiyası müdafiə etmişdir.

Dosent.

2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70-illiyi ilə əlaqədar olaraq elmi fəaliyyətdə xidmətlərinə görə Fəxri Fərmanla təltif edilmişdir.

Ailəlidir, iki övladı var.