İsakov Elxan Urşan oğlu

İsakov Elxan Urşan oğlu, 1958-ci il noyabr ayının 18-də Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. 1974-cü ildə kənd orta məktəbini bitirdikdən sonra 1975-ci ilə qədər Mahmudavar kənd M.Füzuli adına sovxozda fəhlə i.ləmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Uiersitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə (axşam şöbəsinə) daxil olmuş və 1983-cü ildə oranı bitirmdir. 1976-cı ildə, təhsilini davam etdirməklə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutuna işə qəbul olunaraq laborant vəzifəsində çalışmağa başlamışdır.    

       1977-1979-cu illərdə Sovet Ordusu sıralırında hərbi xidmət keçmiş, ordu sıralarından qayıtdıqdan sonra çalışdığı İnstitutda işləməyi davam etdirmiş, universitetdə təhsilini başa vurduqdan sonra, mühəndis vəzifəsinə irəli çəkilmişdir. İşlədiyi muddət ərzində İnstitutun ictimai həyatında fəal iştirak etmiş, İnstitutun Komsomol təşkilatı katibi, Partiya komitəsinin sədrinin müavini, Xalq nəzarəti komitəsinin sədri vəzifələrində işləmişdir.

1983-2014-cü illərdə baş mühəndis, kiçik elmi işçi, elmi işçi,  böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb, 2014-cü ildən isə İnstitutun “Polimer aşqarlar” laboratoriyasına rəhbərlik edir.

1990-сi ildə “Desilmetakrilarların ditsiklopentadien və stirolla birgə polimeri sürtkü yağlarına özlülük aşqarl kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və “Neft kimyası” ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2011-ci ildə dosent elmi adını alıb.

 2011-ci ildə “Neft kimyası” ixtisasından elmlər doktoru hazırlığı üzrə dissertant təsdiq edilmişdir və hal-hazırda “C6-C12 alkilmetakrilat və α-olefinlər əsasında sürtkü yağlarına özlülük aşqarlarının sintezi və tədqiqi” mövzüsunda dissertasiya işi üzərində çalışır.