TALIBLI SÜBHAN ƏLƏKBƏR

Talıblı Sübhan Ələkbər oğlu 07.05.1980-ci ildə Azərbaycan Respublikası Neftçala rayonunda anadan olmuşdur. 1987-ci ildə Bakı şəhəri N.Nərimanov rayonunda yerləşən S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasına daxil olmuş və 1997-ci ildə oranı bitirmişəm. Həmin ildə Azərbaycan Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin bakalvr pilləsinə qəbul olmuş və 2001-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin magistr pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2003-cü ildə həqiqi hərbi xidmətə çağırılmışam və 2004-cü ildə AR Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarından tərxis olunmuşdur.

2002-ci ilin yanvar ayından AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi,  hazırda isə aparıcı elmi işçi vəzifəsində çalışır. 2004-cü ildə  Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı tarix üzrə fəlsəfə doktorluğu dissertasiya mövzum təsdiq olunub. 17.03.2010-cu ildə Tarix İnstitutunda müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunub.  4 noyabr  2016-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (Protokol № 24 – k, DS №  05601) tərəfindən  “Ümumi tarix” ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür.

            2004-2009-cu illər ərzində Azərbaycan Universitetinin “Beynəlxalq münasibətlər və tarix” kafedrasında, 2006-2012-ci illərdə  Bakı Slavyan Universitetinin əvvəlcə “Beynəlxalq münasibətlər”, sonra isə “Diplomatiya və xarici siyasət” kafedrasında saat hesabı müəllim vəzifəsində çalışmışdır. 2015-ci ildən Turizm və Menecment Universitetinin “Dillər” kafedrasının  saathesabı müəllimi, 2017-ci ildən dosenti vəzifəsində işləmişdir.  Bundan başqa 2015-ci ildən Bakı Qızlar Universitetinin “Tarix”, 2017-ci ildən isə Bakı Avrasiya Universitetinin “Humanitar fənlər və regionşünaslıq” kafedrasının dosentidir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “Sosial siyasi elmlər” bölməsinin qərarı ilə “Azərbaycanın beynəlxalq əlaqələri” (bakalavr, BSU, 2007), “Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar” (magistratura, BSU,2007), “Azərbaycan Respublikasının diplomatiyası” (magistratura, BSU,2008), “Müstəqil Azərbaycan Respublikasının tarixi” (magistratura, BQU,2016), “Azərbaycan Nadir şah Əfşarın dövründə” (magistratura, BQU,2016), “Azərbaycanın yeni və müasir tarixinin mənbəşünaslığı, tarixşünaslığı” (magistratura, BQU,2016), “Tarixin tədrisi metodikası və metodologiyası” (magistratura, BAU,2017), “Tarixin elminin müasir problemləri” (magistratura, BAU,2017) adlı metodik proqramları çap olunub.

Azərbaycanda 34, xarici ölkələrdə isə 25 elmi məqaləsi çap olunub.

Azərbaycan, İran, Türkiyə, Kipr, İraq və Rusiyada beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycanı təmsil edib.

Azərbaycan, Türkiyə, İran, Kipr, Qazaxıstan, Kanada, Rusiya, Gürcüstan, Almaniya, Misir, Ukrayna, İraqda məqalələri çap olunub. Eləcə də mətbuatda və internetdə məqalələri dərc olunub.

Azərbaycan Dövlət Radiosunda fars dilində 2 ay verilişlər aparmışdır.

Türk, fars, rus, ingilis və ərəb dillərini (lüğətlə) bilir.

13 fevral 2011-ci ildən 2015-ilin fevralına qədər AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc alim və mütəxəssislər Şurasının sədri, 2011-ci ilin mart ayından isə Şərqşünaslıq İnstitutunun Elmi Şurasının üzvüdür.

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun  Elmi Şurasının 31 yanvar 2014-cü il tarixli qərarı ilə (protokol №1) “İran-Türkiyə: regional əməkdaşlıq və təhlükəsizlik problemləri” elmlər doktorluğu (Ümumi tarix-5502.01) adlı mövzusu təsdiq edilib. Bundan başqa elmlər doktorluğu mövzusu martın 31-də 2014-cü il tarixində AMEA Rəyasət Heyətində də təsdiq olunub.

“İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” )”. Bakı, “Elm və təhsil”, 2016, 362 s.  adlı monoqrafiyası, 8 metodik dərs proqramı çap edilib.

  1. 1.     Türkiyədə nəşr olunan "Tarih ve Günce: Atatürk, Cumhuriyet ve Tarih Dergisi" nin Elmi Heyətinin üzvü seçilmişdir.
  2. 2.     AMEA Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” elmi-praktiki jurnalının Redaksiya Şurasının üzvüdür. 
  3. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və  Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təsis etdikləri "Gənc Alimlərin Əsərləri” ("Proceedings of Young Scientists”) adlı ingilis dilində çap olunan elmi-praktiki jurnalının Redaksiya Şurasının üzvüdür. 

 Ailəlidir, 1 oğlu və 1 qız var.