İmanova Səbinə Kamandar qızı

İmanova Səbinə Kamandar qızı 20 mart 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Binəqədi rayonu 283 nömrəli orta məktəbin ibtidai sinfinə daxil olmuş, 2005-ci ildə həmin məktəbi bitirmişdir. 2005-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsi, Nəşriyyat işi və redaktəetmə ixtisasına daxil olmuş, 2009-cu ildə həmin ixtisas üzrə məzun olmuşdur. 2015-2019-cu illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda böyük laborant vəzifəsində çalışmışdır.

10 oktyabr 2019-cu il tarixindən Elm Nəşriyyatının Həmkarlar Təşkilatının sədri vəzifəsinə təyin edilmişdir.