Qənbərli Ceyran Vasif qızı

Qənbərli  Ceyran Vasif qızı 1969-cu il oktyabr ayının 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1986-cı ildə 159 saylı şəhər orta məktəbi bitirib, həmin ildə M.F.Axundov adına Azərbaycan  Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. 1991-ci ildə institutu bitirib, rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.

1991-ci ildən AEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin “Elmi fondlar” şöbəsində laborant, 1995-ci ildə “Azərbaycan ədəbiyyatının əlaqələri” şöbəsində kiçik elmi işçi, 2004-cü ildən isə muzeydə yeni yaradılmış “Elmi inkişaf və tədris layihələri” şöbəsində elmi işçi vəzifəsində çalışır.

Muzey işçisi kimi həm elmi işlər, həm də muzeyşünaslıqla məşğul olur. Dövri mətbuatda çap olunan bir sıra məqalələrin müəllifidir.

Muzeyin ictimai həyatında fəal iştirak edir. Belə ki, 2009-cu ildə Nizami adına Muzeyin Həmkarlar Komitəsinin sədri vəzifəsinə seçilmiş və bu günədək həmin işi icra edir.

Nizami muzeyinin təşkili haqqında sərəncam 1939-cu ildə verilib. Fəaliyyətə 1941-ci ildə başlasa da, muzeyin rəsmi açılışı 1945-ci ildə olub. Yarandığı tarixdən bu günə qədər Muzeyin Yerli Həmkarlar Komitəsi Təşkilatına aşağıda adları çəkilən əməkdaşlar sədrlik edib:

1970-ci ildə Nuridə Bağırova;

1987-ci ildə Kəmalə Zeynalova;

1988-ci ildə Solmaz Cəfərova;

1994-cü ildə Svetlana Mahmudova;

2009-cu ildən bu günədək Ceyran Qənbərli.

Muzeyin Həmkarlar Komitəsinə sədrlik etdiyim müddət ərzində aşağıdakı işlər görülüb: 

Əməkdaşlara maddi yardımlar göstərilib; istirahət zonalarına göndərişlər verilib; əməkdaşlar MEA tərəfindən təşkil edilmiş tibbi müayinəyə göndərilib; kollektiv üçün bayram şənlikləri təşkil olunub (Yeni il, Novruz  bayramı, Qurban bayramı və s.); elmi-kütləvi tədbirlər keçirilib; Azərbaycanın səfalı məkanlarına gəzintilər təşkil olunub; kollektiv  surətdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Opera və Balet Teatrının tamaşalarına baxış təşkil olunub; həmin teatrların Yeni il və Novruz bayramı münasibətilə keçirilən uşaq şənliklərinə biletlər paylanılıb; Bakı şəhərinin muzeylərinə və müxtəlif  sərgilərə ekskursiyalar təşkil olunub və s.

  Onun Həmkarlar Komitəsinə sədrlik etdiyi müddət ərzində muzeyin rəhbərliyi və kollektivi tərəfindən fəaliyyəti dəfələrlə qiymətləndirilib.