Xəbərlər
07.10.2016 - 17:00
I SPARTAKİADANIN BAĞLANIŞ MƏRASİMİ HAQQINDA

 Oktyabrın 7-də AMEA Rəyasət Heyətinin dəstəyi, AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə AMEA-nın institutları arasında keçirilən I Spartakiadanın bağlanış mərasimi keçirilib. I Spartakiadanın proqramına idmanın dama, şahmat, stolüstü tennis və futbol növləri daxil edilib. Tədbiri giriş sözü ilə Akademiyanın prezidenti akademik Akif Əlizadə açıb. Dama yarışlarında final oyunlarının nəticələrinə əsasən, qadınlar arasında birinci yerə İncə Məhərrəmova (Torpaqşünaslıq və Aqrokimya İnstitutu)layiq görülüb. İnformasiya Texnologiyaları İnstitutunun təmsilçiləri Xəyalə Əbdülhüseynova və İlahə İsmayılzadə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. Kişilərin mübarizəsində  Sakin Cabbarov (Fizika İnstitutu)birinci yerə sahib çıxıb. Şahin Baxşıyev (İdarəetmə Sistemləri İnstitutu) ikinci, Yadigar Cəfərov (Radiasiya Problemləri İnstitutu) isə üçüncü yerlə kifayətlənib.

Qadınlar arasında keçirilən şahmat yarışında İlahə Məmmədova (Fizika İnstitutu)birinci yerə layiq görülüb. Yeganə Əşrəfova (İdarəetmə Sistemləri İnstitutu) ikinci, Afina Əliyeva (Neft-Kimya Prosesləri İnstitutu)üçüncü yeri tutub.

Kişilərin mübarizəsində Bilal Bilalov (Riyaziyyat və Mexanika İnstitutu) birinci yerə sahib çıxıb. Fizika İnstitutunun təmsilçiləri Sadiq Həmidov və Bəhruz Süleymanlı müvafiq olaraq, ikinci, üçüncü yerləri bölüşdürüblər.

I Spartakiadasının kişilər arasında keçirilən stolüstü tennis yarışlarının final oyunlarında Qurban Qurbanov (İnformasiya Texnologiyaları İnstitutu) birinci yer, Fizuli Bayramov (Fizika İnstitutu) ikinci yer, Tural Mustafayev (İnformasiya Texnologiyaları İnstitutu) üçüncü yerə sahib çıxıblar.

I Spartakiadasının qadınlar arasında keçirilən stolüstü tennis yarışlarının final oyunlarında Sevda Qəribova (Fizika İnstitutu)birinci yer, Səidə Məmmədova (Fizika İnstitutu)ikinci yer, Lalə Piriyeva (Respublika Seysmoloji Xidmət Mərkəzi) üçüncü yerə sahib çıxıblar.

Futbol yarışları A və B qrupları olmaqla iki qrup üzrə keçirilib.

A qrupunda Fizika İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, İqtisadiyyat İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Genetik Ehtiyatları İnstitutu, Tarix İnstitutları, B qrupunda isə Respublika Seysmoloji Xidmət Mərkəzi, Memarlıq və İncəsənət İnstitutu, Geologiya və Geofizika İnstitutu, Şərqşünaslıq İnstitutu, Radiasiya Problemləri İnstitutu, Neft-Kimya Prosesləri İnstitutları mübarizə aparıblar.

I Spartakiadanın futbol üzrə yarışlarının final oyunu oktyabrın 7-də keçirilib. I Spartakiadanın futbol üzrə yarışlarının final oyununda AMEA Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutunun komandaları mübarizə aparıb. Futbol üzrə yarışda; Geologiya və Geofizika İnstitutunun komandası  I yerə, Fizika İnstitutunun komandası II yerə,- Genetik Ehtiyatlar  İnstitutunun komandası isə III yerə çıxıb.

Qaliblərin mükafatlandırılması mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA Azad Həmkarlar İttifaqının sədri professor İsa Alıyev, akademik İsa Həbibbəyli, akademik Yaqub Məmmədov, müxbir üzv Qurban Yetirmişli, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov Gənclər və İdman Nazirliyinin nümayəndəsi, institutların direktorları və  həmkarlar komitələrinin sədrləri, iştirak ediblər. İsa Alıyev göstərilən dəstəyə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra komandalar mükafatlandırılıb.  Qalib komandaların üzvlərinə medal, diplom və pul mükafatları təqdim olunub. 

Qeyd edək ki, I Spartakiada 19 sentyabr – 7 oktyabr tarixlərində keçirilib.