Xəbərlər
04.02.2018 - 11:00
AMEA Elm Tarixi İnstitutunda 2 Fevral Gənclər Gününə həsr olunmu ştədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunda 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, i.ü.f.d. Səbinə Nemətzadə Elm Tarixi İnstitutunda  gənclərin üstünlük təşkil etdiyini və Azərbaycan elminin gələcək inkişafının gənc kadrların potensialından aslı olduğunu, dövlət və ictimaiyyətin gənclərə yüksək dəyər verdiyini vurğuladı. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən gənclər siyasətinin tarixindən bəhs etdi.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək akademiya gənclərinin ölkəmizin elmi və ictimai-siyasi həyatındakı rolundan, gənclərin inkişafı istiqamətində görülən işlərdən danışdı.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Röya Mirzəbəyova İnstitutun gənc alimlərinin həm elmi fəaliyyət, həm də ictimai işlərdə əldə edilən uğurlarından söz açdı və bu uğurların İnstitut rəhbərliyinin Gənc Alim və Mütəxəssislərə göstərdiyi diqqətin, qayğının bariz nümunəsi olduğunu qeyd etdi.

Daha sonra AMEA Elm Tarixi İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri – ETİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Aysel Bədəlova və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı çıxış edərək tədbir iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.

Sonda Gənclər Günü ilə bağlı qısametrajlı film nümayiş etdirildi.