Xəbərlər
13.07.2021 - 10:00
AMEA DENDROLOGİYA İNSTİTUTU ƏMƏKDAŞLARININ ŞAMAXI, QƏBƏBLƏ, İSMAYILLI ZONASINA GƏZİNTİSİNDƏ OLUBLAR

İnstitutnun Həmkarlar Təşkilatının sədri tərəfindən mütəmadi olaraq, əməkdaşların asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər - sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar, Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici və əyləndirici gəzinti təşkil edilir.

Həftənin istirahət günü İnstitutnun Həmkarlar təşkilatının sədri Tünzalə Zeyvəliyevanın təşkilatçılğı və AMEA Həmkarlar  Təşkilatının dəstəyi ilə 35 nəfər əməkdaşın Şamaxı, Qəbəblə - Yeddi gözəl, Nohur göl, İsmayıllı zonasına gəzintisi təşkil olunub.

Çox qədim tarixə malik olan Qəbəblə tarixi keçmişi də təbiəti qədər zəngin olub, Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.

Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək) paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 km cənubi-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məhşur şəhərləri ilə müqaisə olunur.