Xəbərlər
22.09.2021 - 16:00
AMEA FƏLSƏFƏ VƏ SOSİOLOGİYA İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATIN SƏDRİ ŞƏHİD LEYTENANT ABBASOV TEYMUR FEYRUZ OĞLUNUN AİLƏSİNİ ZİYARƏT EDİB.

Yeni Azərbaycan Partiyasının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının və İnstitutun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Şəhid Leytenant Abbasov Teymur Feyruz oğlunun ailəsi ziyarət olunub. Yeni dərs ilinin başlanğıcında şəhidin övladları Abbasov Feyruz və Abbasov Sirus Teymur oğlunun qayğıları və yaşayış şəraiti ilə tanış olublar. Görüş şəhidin həyat yolundakı maraqlı məqamlarin müzakirəsi ilə keçib. Vətən müharibəsində qələbənin əldə olunmasının siyasi hərbi və ideoloji amillərinə dair müzakirələr aparılıb.
Şəhidin ailəsi və övladları göstərilən diqqətə və qayğıya görə dövlət başçısına, onun tapşırıqlarını vicdanla yerinə yetirən hər kəsə və alimlərimizə minnətdarlığıni bildirdi.