Xəbərlər
29.12.2021 - 17:00
ZƏFƏR TV KANALI AKTİV FƏALİYYƏTİNƏ GÖRƏ TƏLTİF OLUNUB

44 gün ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ordumuzun şücaəti ilə böyük qələbə salnaməsinin qazanıldığı tarixə həsr olunaraq yaradılan Zəfər tv kanalının təsisicisi və layihə rəhbəri Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri həmçinin Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva Xəzər Rayon Gənclər və İdman idarəsi tərəfindən Fəxri fərmanla təltif olunub.
Zəfər tv sözügedən təltifə 2021 - ci il ərzində keçirilən tədbirlərdə aktiv iştirakına və kanalın yayımında elmin son yenilikləri və nailiyyətləri, dövrün qloblal problemləri, eləcə də şəhid və qazilərin tanıdılması yönündə silsilə çəklişlər apardığına görə layiq görülüb.