Xəbərlər
18.03.2022 - 10:00
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATI NOVRUZ BAYRAMINDA ŞƏHID AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB

Fəlsəfə və Sosiologiya İnstitutunun   Həmkarlar Təşkilatının təşkilatçılığı ilə bir qurup İnstitut əməkdaşı şəhid, Vətən Müharıbəsi Qəhrəmanı Surxay Əbdül oğlu Noçuyevin ailəsinə baş çəkib və qəhrəman şəhidin 2 azyaşlı övladına bayram sovqatları və hədiyyələr təqdim ediblər.

Görüşdə aparıcı elmi işçi, f.ü.f.d. Hüseyin İbrahimov, böyük elmi işçi, f.ü.f.d. Elmira Təhməzova və Həmkarlar Təşkilatının sədri Asya Əhmədova iştirak edib.  Görüş zamanı Surxay Noçuyevin II Qarabağ müharibəsində Füzulidən başlanıb, Şuşada başa çatan uğurlu döyüş yolundan, qəhrəman şəhidin “Noçuyev taktikası” ilə məşhurlaşan döyüş taktikasından söhbət açılıb və torpaqlarımızı işğaldan azad edən qəhrəman şəhidlərimizə minnətdarlıq hissi ifadə olunub.