Xəbərlər
18.03.2022 - 14:14
AMEA İNFORMASIYA TEXNOLOGIYALARI İNSTITUTUNUN HƏMKARLAR TƏŞKILATI BAYRAM SOVQATI PAYLADI

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev Novruz bayramının gəlişi ilə bağlı İnstitutunun əməkdaşlarını təbrik etdi. O, qeyd etdi ki, təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün - Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Bu münasibətlə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Təşkilatı 27 nəfər aztəminatlı əməkdaşlarına bayram sovqatı payladı.