Məmmədova Leyla Cəlil qızı

Leyla Cəlil qızı Məmmədova (Cəfərova) 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1991-ci ildə Sumqayıt şəhər 39 saylı orta məktəbin birinci sinfinə qəbul olunub, 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin “Nəşriyyat işi və redaktə etmə” ixtisası üzrə bakalavr pilləsinə qəbul olmuşdur. 2003-cü ildə THT-nin büro üzvü seçilmişdir. 2006-ci ildə Universiteti bitirərək, elə həmin ildə də öz ixtisası üzrə magistaturaya daxil olmuşdur. 2003-cü ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Nəşriyyatında müxtəlif  mətbuat orqanlarında (Azad Azərbaycan, Bütöv Azərbaycan, Milli Birlik, Hüquq və Azadlıq, Kapital, Tələbə Press, 168 saat qəzetlərində, Aktual, Capital-info və XXI Əsrin Ziyalıları (10 cild) ensiklopedik nəşrində) redaktor kimi fəaliyyət göstərmişdir. 2013-cü ildə AMEA-nın İnsan Hüquqları İnstitutunda “Təşkilati fəaliyyət və nəşriyyat” şöbəsində elmi işçi, 2016-ci ildə “Ümumi şöbə”nin müdiri, 2017-ci ildən bu günə qədər isə AMEA Hüquq və İnsan Haqları İnstitutunun “İctimaiyyətlə Əlaqələr” şöbəsinin müdiri, eyni zamanda da İnstitutun Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.