Əliyev Sərdar Əli oğlu

02.02.1955-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 1971-ci ildə Bərdə şəhər orta məktəbini , 1980-cı ildə Azərbaycan İnşaat Mühəndisləri institutunun qiyabi-axşam şöbəsinin “Sənaye və mülki tikinti fakultəsini” bitirmişdir. 1973-1975-ci illərdə Almaniya DR-də hərbi xidmətdə olmuşdur. 
Əsgəri xidmətdən əvvəl 1 il Bakı şəhər Baş Tikinti idarəsində fəhlə, 1976-1984-cü illərdə Azərb. Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin İK idarəsində sex ustası, mühəndis və darənin Həmkarlar İttifaqı Komitəsinin sədri işləmişdir.
1984-1990-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının aparatında Mənzil məişət şöbəsində təlimatçı işləmişdir. Həmkarlar təşkilatlarında işlədiyi dövrdə 5 dəfə avropa ölkələrinə istirahətə göndərilən zəhmətkeşlərin quruplarına rəhbərlik etmişdir. 1987-1989-cu illərdə Bakı Partiya Məktəbində 2 illik “Həmkarlar İttifaqları Quruculuğu” kursunu bitirmişdir.

1991-1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti aparatında şöbə müdiri, 1992-1993-cü illərdə BŞİH-in Mənzil Uçotu və Bölüşdürülməsi Baş idarəsi rəisinin müavini-nəzarət müfəttişliyinin rəisi, 1993-1994-cü illərdə BŞİH-in Bakı Şəhər Mənzil Təsərrüfatı İB-də şöbə müdiri işləmişdir.

Azərbaycan Dövlət Neft Şirkəti aparatının Sosial-inkişaf şöbəsində 1994-1996-cı illərdə baş mütəxəssis, 1996-2009-cu illərdə şöbə rəisi olmuşdur. 2001-ci ildə “ARDNŞ-nin Fəxri-Fərmanı”na layiq görülmüşdür. 2009-cu ildən sonra özəl strukturlarda çalışmışdır.

2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsində, hazırda idarə müdrinin müavini vəzifəsində işləyir. 2014-cü ildə AMEA-nın Azad Həmkarlar İttifaqı məclisinin üzvü seçilmişdir.

2017-ci ildə AMEA-nın Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzv seçilmişdir.
Ailəlidir, 3 övlad atasıdır.