Samir Səttarov 1979-cu ilin mart ayının 22-də Naxçıvan şəhərində anadan olub. 1996-cı ildə Naxçıvan səh. 3 saylı orta məktəbini bitirib. 2000-ci ildə Bakı Slavyan Universitetinin Slavistika fakültəsini bitirərək, Polyak filologiyası üzrə bakalavr elmi dərəcəsini əldə etmişdir. 2003-cu ildə Bakı Slavyan Universitetinin Regionsunaslıq və Tərcümə fakültəsini bitirib Dilşünaslıq üzrə magistr elmi dərəcəsini (fərqlənmə diplomu ilə) əldə etmişdir. 2005-ci ildə Varşava Universitetinin Şərqi Avropa Tədqiqatları Institutunun Mədəniyyətşünaslıq və Politologia fakültəsini bitirib politologiya və mədəniyyətşünaslıq üzrə magistr elmi dərəcəsini əldə etmişdir. 2011-ci ildə Polşa Elmlər Akademiyasının Sosiologiya və Fəlsəfə Institutunun doktoranturasını (fərqlənmə diplomu ilə) bitirərək əsas ixtisası sosiologiya, əlavə ixtisası ədəbiyyat fəlsəfəsi olmaqla sosiologiya üzrə ictimai elmlər doktoru elmi dərəcəsini əldə etmişdir. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda işləyir. Təhsil şöbəsinin müdiri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri vəzifəsini icra edir.
Ailəlidir, 2 övladı var.