ƏLİYEVA PƏRVANƏ ƏLİ QIZI

11 sentyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakultəsinə daxil olmuş, 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistratura şöbəsinə qəbul olmuş və 2008-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

2005-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun “Estetika və informasiya mədəniyyəti” şöbəsində baş laborant, kiçik elmi işçi, elmi işçi; “Kulturologiya” şöbəsində  böyük elmi işçi; 2018ci ildən “Təhsil” şöbəsinin müdiri vəzifəsində çalışır. Əliyeva Pərvanə Əli qızı 2008-ci ildə İnstitutun dissertanturasına qəbul olaraq, 6203.01  ̶  “İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Mürsəl Nəcəfovun elmi irsində incəsənətin nəzəri problemləri” adlı dissertasiya işini 2016-cı ildə uğurla müdafiə etmişdir. P.Ə.Əliyeva “Azərbaycan sənətşünaslığının inkişafında Mürsəl Nəcəfovun rolu” adlı monoqrafiyanın, 30-a yaxın elmi məqalənin müəllifidir. Bir çox Beynəlxalq və Respublika əhəmiyyətli elmi-praktiki konfranslarda məruzə ilə çıxış etmişdir.

2014-cü ildə AMEA-nın Respublika Günü münasibətilə “Gənc alim və mütəxəssislər” nominasiyasının nəşr müsabiqəsində ikinci yerə layiq görülərək təltif edilmişdir. Həmin ildə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayonun elmi-mədəni həyatında fərqləndiyinə görə 2  fevral Gənclər Günü münasibətilə Fəxri Fərmanla təltif edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Gənc alim və mütəxəssislərin III qrant müsabiqəsi”ndə  “XX əsrdə Qafqazda yaşayan türk xalqlarının mədəniyyətinə qarşı törədilmiş soyqırım” mövzusu ilə elmi layihənin qalibi olmuşdur. 2013-cü ildən 2022-ci ilədək AMEA Memarlıq və İncəsənət İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri olmuşdur. Gənc alim Əliyeva Pərvanə  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 2017-ci il üzrə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüşdür.

Hazırda İnstitutun nəzdində fəaliyyət göstərən FD.1.34 Dissertasiya Şurasının, Yeni Azərbaycan Partiya təşkilatının idarə heyətinin və elmi şuranın üzvüdür.