Ələkbərov Abuzər İbrahim oğlu

Ələkbərov Abuzər İbrahim oğlu 1953-cü ildə, Şərur-Dərələyəz mahalının (indiki Ermənistan Respublikası) Amağu kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bi­tirmiş, iki il Sabirabad rayonunda tarix müəllimi işləmiş, sonra isə Azərbaycan Elm­lər Akademiyası Tarix İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra aspiranturada təhsilini davam etdirmiş, “Qə­dim Azərbaycanın gil heykəlləri” mövzusunda dissertasiya işini başa çatdıraraq Kiyev şəhərində müdafiə etmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda sektor rəhbəri və­zifəsində çalışır. Arxeologiya və Etnoqrafiya İnstitutu Müdafiə Şurasının və El­mi Şuranın üzvüdür. Bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir. Azər­baycan  arxeologiya elmini Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, İran, Fransa və başqa ölkələrdə keçirilən elmi konfranslarda təmsil etmişdir.

Hal-hazırda “Cənub-Şərqi Azərbaycanın Arxeoloji tədqiqi” və “Fransa-Azərbaycan Beynəlxalq arxeoloji ekspedisiyasına” rəhbərlik edir. “Cənub-Şərqi Azərbaycanın arxeoloji xəritəsi” və “Cənub-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri” monoqrafiyaları üzərində iş aparır.

Fəal ic­timayətçidir. 20 ildən artıqdır ki, Arxeologiya və Etnoqrafiya İnstitutu Həm­karlar Təş­ki­la­tı­nın sədri, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin və məclisinin üzvüdür. O, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məclisinin üz­vü­dür.

Yeni Azərbaycan Par­ti­ya­sı­nın üzvüdür.

AMEA-nın ictimai həyatında fəal iştirak edir. Uzun müddət AMEA Azad Həm­karlar İttifaqının Gənclər təşkilatı, idman, mənzil məişət komissiyalarına rəh­bər­lik et­miş­dir. Müxtəlif vaxtlarda İdman spartakiadalarının və digər mədəni küt­lə­vi tədbirlərin hə­ya­ta keçirilməsinə rəhbərlik etmişdir.

Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. Mütəmadi olaraq kütləvi informasiya vasitələrində, mət­bu­at­da və  te­le­vi­zi­yada Azərbaycan arxeologiyasının müxtəlif problemləri ilə bağlı çıxışlar edir.

O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar İt­tifaqı işində və kollektiv müqavilələrin bağlanmasında, onun yerinə ye­ti­ril­mə­sin­də fəal iş­ti­ra­kı­nı və ilk kollektiv müqavilənin (“Mazut” müqaviləsinin) 100 illiyini nə­zərə alaraq 2004-cü ildə Fəxri Fərmanla təltif edilmişdir.

O, eyni zamanda AMEA-nın ictimai həyatında fəal iştirakına görə müxtəlif vaxt­larda 3 dəfə AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif olun­muş­dur