Əzizova Zəhra Ələkbər qızı

Əzizova Zəhra Ələkbər qızı-Bakı şəhərində 04 noyabr 1949-cu ildə anadan olmuşdur.

1957-1967-ci illərdə 150 №-li orta məktəbdə oxumuşdur.

1969-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə (rus bölməsi) qəbul  olmuşdur, lakin ürək xəstəliyi ilə əlaqədar olaraq 06.01.1970-ci il tarixindən (BDU-nin 3№-li əmri) bir illik möhlət verilmişdir. 1970-ci ildə yenidən bərpa olaraq təhsilini davam etdirmişdir və 1975-ci ildə Universiteti bitirmişdir. Təhsil alan müddətdə qrupun həmkarlar sədri olmuşdur. 

1970-1972-ci illərdə Yasamal rayonunun Komsomol Mərkəzi komitəsində işləmişdir.

1988-ci ildə (1986-1988-ci illərdə təhsil almışdır) Azərbaycan KP MK yanında İnformatika Xalq Universitetinin  “Elmi texniki informasiya və təbliğat” fakültəsini bitirmişdir. 

1975-ci ildən İdarəetmə Sistemləri İnstitutunda (əvvəl Kibernetika institutu)   laborant, böyük laborant, mühəndis, kadrlar və aspirantura şöbəsinin müdiri, aspirantura şöbəsinin müdiri vəzifələrində işləmişdir. 02.03.1998-ci il tarixindən isə elmi katib vəzifəsində çalışır.

 

İnstitutun həmkarlar təşkilatının sədrləri:

Talıbova Leyla Mir İbrahim qızı     ? - 1989-cu ilə kimi  

Abdullayev Fərman Şərif oğlu - 1989-1992 illərdə

Əhmədov Cahangir Niyaz oğlu - 1992-1996 illərdə

Əzizova Zəhra Ələkbər qızı - 1997-ci ildən hal-hazırki vaxta kimi