10.03.1977-ci ildə Naxçıvan MR Şərur rayonu Qışlaqabbas kəndində anadan olmuşdur. 1995-ci ildə İbadulla kənd orta məktəbini bitirərək N.Tusi adına ADPU –nun “Tarix” fakültəsinə daxil olmuşdur. 1999-cu ildə bakalavr, 2001-ci ildə isə həmin istiqamət üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
Elə həmin ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna aspiranturaya qəbul olmuş, 2001-2004-cü illərdə aspiranturada təhsil alarkən “Naxçıvan tarixi-etnoqrafik fenomendir” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. 2005-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
03.01.2005-ci ildə müvafiq İnstitutun kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.
16 may 2006-cı il tarixdə (protokol ¹16-k) Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmlər namizədi alimlik dərəcəsi almışdır.
15.01.2007-ci il tarixdə elmi işçi, 10.01.2008-ci ildə böyük elmi işçi, 07.01.2014-cü ildə aparıcı elmi işçi vəzifəsinə təyin olunmuşdur.
2009-cu il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə “Naxçıvan tarixi-etnoqrafik fenomendir” adlı monoqrafiyası çap olunub.
2019-cu il 7 oktyabr tarixli (protokol ¹19-k) qərarı ilə etnoqrafiya və etnologiya ixtisası üzrə Dosent elmi adı almışdır.
Hal-hazırda “XIX-XX əsrlərdə Naxçıvan diyarının etnodemoqrafik vəziyyəti” adlı doktorluq dissertasiyası üzərində işləyir. Bir monoqrafiya və 30-dan çox elmi məqalənin müəllifidir.
28.03.2023-cü il tarixdə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Müasir dövr etnoqrafiyası” şöbəsinin müdiri təyin olunmuşdur. 31.05.2023-cü il tarixdə AMEA-da aparılan struktur dəyişiklikləri ilə əlaqədar öz ərizəsi ilə həmin İnstitututdan A.A.Bakıxanov adına Tarix İnstitutuna köçürülmüşdür. 01.06.2023-cü il tarixdən A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Müasir dövr etnologiyası” şöbəsinin müdiri vəzifəsində çalışır. A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi şurasının üzvüdür.
07.06.2024-cü il tarixdə A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri vəzifəsinə seçilmişdir.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

1545120462.jpg)



