İBRAHİMOV BÖYÜKAĞA RAHİB OĞLU

İbrahimov Böyükağa Rahib oğlu 05 sentyabr 1975-ci ildə Biləsuvar rayonunun M.Ə.Sabir küçəsi ev № 25-də anadan olmuşdur. l982-ci ildə Biləsuvar rayonu Ş.Qurbanov adına 2 saylı orta məktəbə daxil olub, 1992-ci ildə bitirmişdir. 1993-cü ildə Beynəlxalq Biznes İnstitutuna qəbul olmuş, 1997-ci ildə bitirmişdir. 1997-ci ilin aprel ayında ailə həyatı qurmuşdur. 12 yanvar 1998-ci ildə hərbi xidmətə getmişdir. 1999-cu ildən Melorasiya və Su Təsərrüfatı Nazirliyinin QQSTİ idarəsində mühasib vəzifəsində 16 iyul 2004-cü il tarixinə kimi işləmişdir. 20 iyul 2004-cü ildən bu günə kimi Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzində İnzibati-təsərrüfat şöbəsinin müdir müavini, şöbə müdiri, 2014-cü ilin may ayından bu günə kimi direktor müavini vəzifəsində çalışır.

"Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat Poliqrafiya Birliyi Həmkarlar İttifaqının Respublika Komitəsinin qeydiyyatında fəaliyyət göstərirdi.

Respublika Prezidentinin 05 may 2004-cü il tarixli Sərəncamına əsasən "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi yaradıldı və AMEA-nın tabeçiliyinə verildi. 2004-cü ildən qabaq və sonra da Həmkarlar İttifaqı Komitəsinin sədri K.Hüseynov idi. 2013-cü ildə K.Hüseynovun vəfatından sonra Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahimov Böyükağa Rahib oğlu seçildi.

Həmin gündən bu günə kimi vaxtlı-vaxtında iclaslar keçirmiş, işçilərə lazım olan köməkliklər göstərmişdir.

Bundan əlavə mədəni-kütləvi tədbirlər keçirir. Hər il "Novruz" bayramı ilə əaqədar şənliklər keçirir, əməkdaşlarımıza şiniyyatlar, bayram xonçaları alır.

Mərkəzin əməkdaşlarının sağlamlığının qorunması üçün Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə "Sağlam nəsil" tibb mərkəzində həkim və ambulator müayinələr təşkil etmişdir.

İşçilərin sanatoriyalarda müalicə olunması üçün şərait yaratmışdır.

Əməkdaşların istirahətini nəzərə alaraq mütəmadi "Akademik Milli Dram teatrı"na, konsertlərə biletlər verilir.

Hər il Yeni ilin gəlişi ilə əlaqədar əməkdaşların azyaşlı uşaqlarına şənlik üçün biletlər, sirk biletləri, müxtəlif şiniyyatlar və hədiyyələr təşkil edilir.

Bundan əlavə əməliyyata ehtiyacı olan əməkdaşlara və aztəminatlı ailələrə maddi yardımlar göstərilir.