Xəbərlər
17.08.2025 - 15:00
Naxçıvanda həmkarlar İttİfaqı üzvlərİnİn İstİrahətİ təşkİl olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurası tərəfindən bir qrup ittifaq üzvü üçün “Ağbulaq” istirahət mərkəzində ikigünlük yay istirahəti təşkil edilib.

İstirahət proqramı çərçivəsində canlı musiqi nömrələri təqdim olunub, intellektual bilik yarışları, həmçinin şahmat və stolüstü tennis üzrə oyunlar keçirilib.

Bundan əlavə, cizgi film personajlarının iştirakı ilə təşkil edilən əyləncəli oyunlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.