Xəbərlər
25.08.2025 - 13:00
“Həmkardan həmkara qayğı İlə” layİhəsİ “Bİlgəh” sanatorİyasında

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və özəl sektordan olan tərəfdaşlarla birlikdə həyata keçirdiyi “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin növbəti aksiyası “Bilgəh” kardioloji sanatoriyasında keçirilib.

Sanatoriyada müalicə alan və istirahət edən vətəndaşlar Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kardioloqları tərəfindən ödənişsiz müayinə olunublar.

Səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.

Qeyd edək ki, layihənin məqsədi tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və ölkəmizdə həyata keçirilən sosial siyasətə töhfə verməkdir.