Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlarında ilk və yerli həmkarlar ittifaqları komitələrinin sədrləri ilə görüşlər davam etdirilir, görülmüş işlər və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunur. Bu çərçivədə növbəti görüş AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində birləşmiş, ilk, həmçinin şəhər və rayon komitələrinin sədrləri ilə keçirilib. Görüşdə dövlət idarələri və ictimai xidmət sahələrində çalışan işçilərin əmək hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması, habelə müalicə və istirahətin təşkili istiqamətində görülən işlər barədə məlumat verilib. Tədbirdə müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi, gənclərin və qadınların həmkarlar ittifaqlarında rolunun artırılması, eləcə də yeni layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

1545120462.jpg)



