Xəbərlər
19.09.2025 - 15:00
AMEA-NIN 80 İLLİYINƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILIB

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə Vəcihə Səmədova adına Sərgi Salonunda AMEA əməkdaşlarının əsərlərindən ibarət “Akademiya rəssamlığı – elmi idrakla bədii düşüncənin qovşağında” adlı sərginin açılışı olub.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin komitə sədri Fazil Mustafa, Xalq rəssamları Ömər Eldarov və Natiq Əliyev çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, alimlərin əsərlərindən ibarət bu sərgi Azərbaycan təsviri sənətində yeni və intellektual bir hadisədir. Rəsm əsərlərində elmi təfəkkürlə bədii yaradıcılıq birləşərək fərqli üslub və mövzu zənginliyi nümayiş etdirilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov rəsm əsərlərin müəllifləri ilə görüşüb həmkarların əl işləri yaxından tanış olub və bu istiqamətdəki fəaliyyətə dəstək olduğu bildirib. Onlara uğurlar arzulayıb.

Tədbirə  Rəyasət Heyətinin üzvləri, Akademiya əməkdaşları və ictimaiyyət nümayəndələri də qatılıblar.

Sərgi bir həftə davam edəcək.