Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilat olan AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə AMEA əməkdaşlarının göz müayinəsi təşkil edilmişdir. Sentyabrın 23 və 24 tarixlərində AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşlar üçün AMEA Azad Həmkarlar İttifaqının (AMEA AHİ) təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının peşəkar oftalmoloq heyəti ödənişsiz göz müayinəsi keçirib. Müayinələr zamanı əməkdaşların göz təzyiqi refraksiya anomaliyaları (miopiya, hipermetropiya, astiqmatizm) yoxlanılıb. Görmə problemlərinin erkən aşkarlanması və müvafiq müalicə tədbirlərinin görülməsi məqsədilə həkimlər tərəfindən 200-dən çox AMEA əməkdaşları əsaslı müayinədən keçib, zəruri məsləhətlər və tövsiyələr alıblar. Müayinədə Elmi Təşkilatların Birləşmiş Həmkarlar Komitəsinin rəhbərliyinin təşəbbüsü ilə çoxsaylı üzvlər də müayinə olunmuşdur. AMEA AHİ-nin təşəbbüsü ilə həyata keçirilən bu tədbir əməkdaşların göz sağlamlığının qorunmasına xidmət etməklə, onların daha sağlam, təhlükəsiz və səmərəli elmi fəaliyyət göstərməsinə imkan yaradır. Müayinədə iştirak edən AMEA əməkdaşları Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və AMEA rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.






1545120462.jpg)



