Xəbərlər
19.09.2025 - 16:00
YASAMAL RAYON İCTİMAİYYƏTİ DÖVLƏT SUVERENLİYİ GÜNÜNÜ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİB

20 sentyabr 2025-ci il tarixində Yasamal rayon ictimaiyyəti Dövlət Suverenliyi Gününü yüksək səviyyədə qeyd edib. Tədbir Yasamal Rayon İcra HakimiyyətiYAP Yasamal rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və Suverenlik – Milli İradənin Təntənəsi” mövzusunda keçirilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov də iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyev ilə ərazi bütövlüyümüz uğrunda həlak olmuş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra iştirakçılar videoçarxla tanış olublar.

Çıxış edən Milli Məclisin deputatları Hikmət Məmmədov və Mahir Süleymanlı, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatının əhəmiyyətindən, işğaldan azad edilmiş Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərindən danışmışlar.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tədbirdə geniş nitqində qeyd edib ki, Prezident İlham Əliyev səbr və dəqiqliklə həyata keçirilən siyasət nəticəsində Xankəndini azad edib, rus sülhməramlılarını vaxtından əvvəl çıxarmaqla regionda sülh və sabitliyi təmin edib.

Tədbir rayon fəallarına fəxri fərmanlar və partiya biletlərinin təqdim edilməsi ilə yekunlaşıb.