Xəbərlər
25.12.2016 - 10:18
AMEA Azad Həmkarlar İttifaqının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib

23 dekabrda AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) 2016-cı ilin yekunlarına dair hesabat toplantısı keçirilib. İclasda AHİK sədrinin müavini C.Alxasov da iştirak edirdi.

Tədbirdə AHİ-nin sədri, professor İsa Alıyev rəhbərlik etdiyi qurumun 2016-cı ilə dair hesabat məruzəsini təqdim edib. O, AHİ-nin akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatların nəticəsində ölkədə il ərzində çoxsaylı iş yerləri açılıb, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilib.

AHİ-nin uğurları və davamlı inkişaf yolundan söz açan İ.Alıyev elmi fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyətinə dəstək vermək, onların əməyini qiymətləndirmək üçün lazımi işlərin görüldüyünü, maddi-sosial problemləri olan şəxslərə ittifaq tərəfindən yardımların göstərildiyini bildirib. O, AMEA işçilərinin mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması məqsədi ilə teatr və konsertlərə biletlərin verildiyini vurğulayıb. Məruzəçi AHİ-nin fəaliyyətindəki mövcud problemlər və onların həlli yollarından, perspektivdə görüləcək işlərdən də danışıb.

Sonra AHİ-nin sədr müavini SəyyarAbdullayev qurumun fəaliyyəti ilə bağlı çıxış edərək cari ildə ittifaq tərəfindən keçirilən tədbirlərdən danışıb. O,  AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı və AHİ-nin maliyə dəstəyi ilə mayın 13-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Gənc alim və mütəxəssislərin III futbol çempionatı"nın keçirildiyini diqqətə çatdırıb. Həmçinin 19 sentyabr - 7 oktyabr tarixlərində AHİ-nin təşkilatçılığı və maliyyə dəstəyi ilə futbol, şahmat, dama, stolüstü tennis oyunları üzrə Akademiyada institutlararası I spartakiadanın keçirildiyini xatırladıb. 

Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü Abuzər Ələkbərovda çıxışında əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, rifah halının, soaial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını qeyd edib.

Daha sonar AHİK-in sədr müavini CavanşirAlxasov iclasda deyilən iradlara öz münasibətini bildirdi. İclasda əmək haqlarına baxılmasını, tarif şurasınının qərarına yenidən baxılması üçün Səttar müəllimə ümumi müraciət edilməsini məsləhət gördü. Yeni il münasibəti ilə iclas nümayəndələrini təbrik etdi.