Xəbərlər
17.10.2025 - 16:00
KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN TƏDBİRDƏ AMEA AHİ SƏDRİNƏ FƏXRİ FƏRMAN TƏQDİM EDİLDİ

AMEA AHİ-nin sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov Fəxri Fərmanla təltif olunub.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə “Müstəqil Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Elşad Həsənovun 15 oktyabr 2025-ci il tarixli sərəncamı ilə AMEA AHİ-nin sədri Sənan Həsənov rayonun ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə və 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Fəxri Fərmanla təltif olunub.