Xəbərlər
25.11.2025 - 14:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ SƏNAN HƏSƏNOV “GÜNDƏM” VERİLİŞİNİN QONAĞI OLUB

AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov “Gündəm” verilişinin qonağı olub. Verilişdə Rusiya–Ukrayna münaqişəsinin hazırkı vəziyyəti və beynəlxalq təhlükəsizliyə təsirləri müzakirə edilib.

Sənan Həsənov bildirib ki, həm geosiyasi maraqlar, həm də qlobal balans bu münaqişəni daha da mürəkkəbləşdirir. ABŞ-ın son sülh paketi müzakirələr doğursa da, tərəflərin mövqeləri hələ də kəskin şəkildə fərqlənir.

Rusiya sülh istədiyini açıqlasa da, hərbi üstünlüklərdən imtina etmir. Ukrayna isə mövqeyini dəyişmədən müqavimət göstərir. Hər iki tərəf anlayır ki, münaqişənin uzanması daha ağır fəlakətlərə yol aça bilər.

Verilişdə qeyd olunub ki, sülh prosesinin taleyi tərəflərin real danışıqlara nə dərəcədə hazır olmasından asılıdır.

 

https://www.youtube.com/live/KsmW2vs3G04?si=RUp8OKZsdFl97ql1