Aksiya Səhiyyə Nazirliyi Respublika Qan Bankının və AMEA-nın birgə təşəbbüsü ilə baş tutub. AMEA AHİ-nin təşkilatçılığı ilə keçirilən aksiya Heydər Əliyev Fondunun “Talessemiyasız həyat naminə” proqramı əsasında Konstitusiya və Suverenlik ilinə həsr olunub. Aksiyada AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları və alimləri iştirak ediblər. Aksiyaya qoşulmuş əməkdaşlar bu xeyirxah təşəbbüsü təqdir etmiş, qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın müalicəsinə dövlətimizin qayğısını yüksək qiymətləndirmişlər. Bu istiqamətdə mühüm layihələr həyata keçirən Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmiqyaslı layihələrin ardıcıl və davamlı şəkildə keçirildiyini minnətdarlıq hissi ilə qarşılayıblar. Toplanan qan talessemiyalı, hemofiliyalı və irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın müalicəsinin həyata keçirilməsi kimi xeyirxah missiyanın tərkib hissəsi olaraq gün ərzində davam edib və uğurla başa çatıb.





1545120462.jpg)



