Xəbərlər
11.12.2025 - 14:00
AZAD HƏMKARLAR İTTİFAQININ TƏŞƏBBÜSÜ İLƏ AMEA ƏMƏKDAŞLARI FİKRƏT QOCAYA HƏSR OLUNMUŞ YARADICILIQ GECƏSİNDƏ İŞTİRAK EDİBLƏR

   9 dekabr 2025-ci il tarixində, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Qocaya həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

   Tədbir proqramı çərçivəsində sənətçinin zəngin yaradıcılıq yoluna dair çıxışlar dinlənilib, əsərləri təhlil olunub. Onun ədəbi mühitimizdəki roluna dair fikirlər söylənilib. Sonra əsərlərinə yazılmış musiqi nümunələri ifa edilib. Təqdim edilmiş konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb. Gecə AMEA əməkdaşlarının asudə vaxtlarını maraqlı keçirmək, həmçinin əməkdaşlar arasında xoş ünsiyyət və həmrəyliyin gücləndirilməsi baxımından da əhəmiyyətli tədbir kimi yadda qalıb.