Xəbərlər
11.12.2025 - 15:00
AMEA AHİ-NİN SƏDRİ SƏNAN HƏSƏNOV HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ ÇIXIŞ EDİB.

   Səbail rayon MKS-nin təşkilatçılığı ilə təşkil olunmuş və Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olummuş “Dahi şəxsiyyət” adlı tədbir keçirilib.

   Tədbirdə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Azad AHİ-nin sədri, Heydər Əliyev irsinin tədqiqatçısı Sənan Həsənov çıxış edib. Eyni zamanda filalogiya elmlər doktoru, Heydər Əliyev : Dünya sivilizasiyasında elit şəxsiyyət adlı kitabın müəllifi Əlizadə Əsgəri, filologiya elmlər doktoru, baş elmi işçi Şahbaz Musayev və digər natiqlər iştirak edirdilər.

   Ulu öndər haqqında dəyərli fikirlər səsləndirilmiş, onun zəngin və çoxşaxəli fəaliyyətindən danışmışlar. Natiqlər çıxışlarında bildirmişlər ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və gərgin mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

   Müstəqil Azərbaycan Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanətidir. Bu əmanəti göz bəbəyi kimi qorumaq hər bir Azərbaycanlının şərəfli vəzifəsidir.   Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuş və şeirlər səsləndirilmişdir.