AMEA Azad Həmkarlar İttifaqı tərəfindən Yeni il bayramı münasibətilə ittifaqa üzv olan ilk təşkilatların əməkdaşlarının övladları üçün təşkil edilən Yeni il şənliyində iştirak məqsədilə ümumilikdə 700 ədəd bilet paylanılıb. Sosialyönümlü fəaliyyətlərin davamı olaraq həyata keçirilən bu təşəbbüsün əsas məqsədi elmi müəssisələrdə çalışan əməkdaşların övladlarına bayram sevinci bəxş etmək, onların asudə vaxtının səmərəli və mənalı təşkilinə dəstək göstərməkdir. Yeni il şənliyi çərçivəsində uşaqlar üçün maraqlı əyləncə proqramları, nağıl personajlarının iştirakı, musiqili səhnəciklər və müxtəlif sürprizlər nəzərdə tutulub. Biletlərin paylanılması AMEA Azad Həmkarlar İttifaqına daxil olan ilk təşkilatlar vasitəsilə şəffaf və planlı şəkildə həyata keçirilib.

1545120462.jpg)



