Azərbaycan MİlLİ Elmlər Akademİyası Azad Həmkarlar İttİfaqı Respublİka KomİtəsİNİN TƏBRİKİ
Əziz həmkarlar, dəyərli həmvətənlər!
Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın birliyini, həmrəyliyimizi və Vətənə bağlılığımızı ifadə edən əlamətdar tarixdir. Bu tarix milli kimliyimizin mahiyyətini və miqyasını özünəməxsusluğunu bəşəriyyətə təqdim edib, fərdi məsuliyyətlə ümummilli vəzifənin ayrılmaz şəkildə bağlığını önə çıxarıb. Bu əlamətdar gün həm də məqsəd və miqyasına görə Vətən eşqini qəlblərə hopduran ortaq dəyərlərimizin müqəddəsliyi uğrunda birləşdirən dəyərə çevrilib. Məhz bu fəlsəfənin dərki ideoloji və siyasi millət anlayışının dünyada Azərbaycanlı nümunəsini önə çıxarıb.
Yolumuz çox şərəfli və uzundur. Bu yolda dəyərli elmi həmkarlarımızı, AMEA-nın çoxminlik kollektivini səmimi-qəlbdən təbrik edir, xalqımıza firavanlıq, əmin-amanlıq, yenilməzlik və hər zaman milli birlik arzulayırıq. İllərimiz bir-birindən düşərli, elmimiz aydın və işıqlı, xalqımız sülh və firavan talelərə qovuşsun. Uca Tanrı xalqımızı, müdrik və Müzəffər Ali Baş Komandanımızı qorusun. Birliyimizin və qalibiyyətimizin yenilməzlik bayramın mübarək...!
Dərin hörmətlə,
AMEA Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin
sədri, s.e.ü.f.d., dosent
Sənan Həsənov